AZ

Bakıda 57 yaşlı qadın qətlə yetirilib, oğlu təslim olub

Anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Qaradağ rayon prokurorluğundan “Yeni Gundem”-ə verilən məlumata görə, iyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Seçilən
88
13
yenigundem.az

10Mənbələr