AZ

DİM: Hərbi liseylərə qəbul imtahanının nəticəsi 3-4 gün ərzində elan ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirib.TehsilForumu.Az xəbər verir ki , DİM-dən AZƏRTAC-a bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunmuş imtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.İmtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

Seçilən
196
26
tehsilforumu.az

10Mənbələr