AZ

Millimiz dünya çempionatının 1/4 finalında

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 final oyununa çıxıb.Gununsesi.info xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komandanın rəqibi Bolqarıstan yığması olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan millisi yarımfinala yüksəlib. Komanda yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Görüş noyabrın 3-də keçiriləcək.Minifutbol, dünya çempionatı
1/4 final mərhələsiAzərbaycan – Bolqarıstan – 3:1Qollar: Vüsal İsayev 28, Rəvan Kərimov, Mirmehdi Rzayev 38 – Vəli Qafarov (avtoqol)Qeyd edək ki, son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub – 3 oyun, 9 xal. Milli qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib. Azərbaycan ötən gün 1/8 finalda Portuqaliyanı məğlub edib.Gununsesi.info

Seçilən
534
7
gununsesi.info

10Mənbələr