AZ

Gürcüstanda baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss edilib

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə e-huquq.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla 12:08-də 15 km dərinlikdə qeydə alınıb.

Seçilən
176
48
e-huquq.az

10Mənbələr