AZ

“Qarabağ” Çempionlar Liqasının ilk oyununda qələbə qazanıb

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxıb. Komanda Cəbəllütariqdə yerli “Linkoln” kollektivinin qonağı olub.
“Europa Point” stadionunda keçirilən görüşdə Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində qolları 45+2-ci dəqiqədə Juninyo Olavio və 75-ci dəqiqədə Toral Bayramov vurublar.
Komandalar arasında cavab oyunu iyulun 30-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Seçilən
111
affa.az

1Mənbələr