2026-cı ildə tələbələr arasında Avropa Universitet Oyunlarına ev sahibliyi edəcək ölkə bəlli olub.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Avropa Universitet İdman Assosiasiyasının prezidenti Adam Rokzek Macarıstanda keçirilən Avropa Universitet Oyunlarının bağlanış mərasimində məlumat verib.
Yarışlar İtaliyanın Salerno şəhərində təşkil olunacaq. Oyunlarda 500-ə yaxın universitetin tələbələrinin iştirakı nəzərdə tutulub.
Mənbə: AZƏRTAC