AZ

Nəsimi rayonunda Zəfər Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib - FOTO

DİA.AZ: - Nəsimi rayonunda 8 noyabr - Zəfər gününün 3-cü ildönümü olduqca əlamətdar bir dövrü əhatə edir. 2023-cü il Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin qeyd edildiyi tarixi bir ildir. DİA.AZ-a yerli RİH-dən verilən xəbərdə deyilir ki, rayonda cari ilin keçən dövründə “Heydər Əliyev ili” çərçivəsində çoxşaxəli Tədbirlər planı həyata keçirilməkdədir. Bu əlamətdar ildə 8 noyabr - Zəfər günü münasibəti ilə keçirilən silsilə tədbirlərin davamı olaraq Vaqif prospekti boyunca yaşıllıq zolaqlarında, M.Cəlal küçəsi boyunca parkda və Zəfər bağı ərazisində rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyinin, Vətən müharibəsi şəhid ailələri və qazilərinin, rayonun idarə, müəssisə, təşkilat və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 300-dən artıq həmişəyaşıl müxtəlif növ ağaclar, 1000-dən çox müxtəlif növ gül kolları əkilib və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Seçilən
709
3
dia.az

10Mənbələr