AZ

İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza raket atəşinə tutulub

İraqda beynəlxalq koalisiya qoşunlarının Ənbar vilayətindəki istifadə etdiyi Ayn əl-Əsəd aviabazası raket atəşinə tutulub.

Bu barədə "Shafaq News” portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ qüvvələrinin yerləşdiyi aviabazaya ən azı iki raket atılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları mərmilərin hansı ərazidən atıldığını müəyyən etmək üçün əməliyyata başlayıb.

Mümkün maddi ziyan və hücumun arxasında kimin ola biləcəyi barədə məlumat verilməyib.
Seçilən
134
10
7news.az

10Mənbələr