AZ

ABŞ-nin Suriyadakı hərbi bazasına hücum olub

“İraqın İslam Müqaviməti” şiə hərəkatının silahlıları ABŞ-nin Suriyadakı hərbi bazasına iki dəfə hücum edib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Suriya İnsan Haqları Müşahidə Qrupunın məlumatına görə, son 24 saat ərzində “İraqın İslam Müqaviməti” şiə hərəkatının silahlıları Suriyanın Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında ABŞ hərbi bazasına iki dəfə zərbə endirib.

Qeyd olunub ki, sözügedən bazaya 10-dan çox raket atılıb. Buna cavab olaraq, ABŞ ordusu iranpərəst qrupların nəzarətində olan ərazilərə hava hücumları təşkil edib.

Seçilən
156
10
cebheinfo.az

10Mənbələr