AZ

ABŞ-ın Dövlət katibi Türkiyəyə səfər edəcək

ABŞ-ın

İstanbul, 5 noyabr, AZƏRTAC

ABŞ-ın Dövlət katibi Antoni Blinken noyabrın 5-də Türkiyəyə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Blinkenin Türkiyənin dövlət rəsmiləri ilə noyabrın 6-da keçiriləcək görüşündə İsrail-Fələstin münaqişəsində son vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə olunması gözlənilir.

Səfər iki gün davam edəcək.

Seçilən
883
5
azertag.az

10Mənbələr