AZ

Şəmkirdə anbar YANDI

Şəmkirdə soyducu anbarda yanğın qeydə alınıb.

KONKRET.az-ın məlumatına görə, rayonun Bayramlı kənd  sakini Şakir Yunisova məxsus soyuducu anbarda yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı anbarın 30 kvadratmetri yanıb.Yanğın söndürülüb, anbarın qalan hissəsi mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğın baş vermə səbəbləri araşdırılır.

Seçilən
284
6
konkret.az

10Mənbələr