AZ

Tərtərdə mina partlayışı olub, xəsarət alan var

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.Gununsesi.info-ya DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.“Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq”-deyə, məlumatda vurğulanıb.Gununsesi.info

Seçilən
43
24
gununsesi.info

10Mənbələr