AZ

Almaniya Kanslerinin ofisi yaxınlığında bıçaqlanma olub, 4 nəfər yaralanıb

Almaniya

Bakı, 29 iyul, AZƏRTAC

Berlində Federal Kansler Ofisinin cəmi bir neçə yüz metrliyində bıçaqlanma nəticəsində azı 4 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti yazır.

Nəşrin məlumatına görə, polis şübhəli şəxsi Berlin mərkəzi stansiyasının yaxınlığında saxlayıb. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisə yerinə xilasedicilər, helikopter cəlb olunub.

Hələlik başqa təfərrüatlar açıqlanmayıb.

Seçilən
79
4
azertag.az

6Mənbələr