AZ

Tərtərdə mina partlayışı ilə bağlı araşdırma aparılır

Bakı. Trend:

Noyabrın 5-i saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndininminalardan təmizlənməyən ərazisində mina partlaması nəticəsində 1nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxilolub.

Tərtər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə nəticəsindərayon sakini 1960-ci il təvəllüdlü Asif Hüseynov sağ ayağın pəncəhissəsinin travmatik amputasiyası və çox saylı qəlpə yarasıxəsarətləri alıb.

Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davametdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxışkeçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırmaaparılır.

Seçilən
675
19
az.trend.az

10Mənbələr