AZ

Hamburq hava limanında silahlı şəxs polisə təslim olub

Almaniyanın Hamburq hava limanında şənbə günü axşamdannaməlum bir şəxs bir uşağı - öz qızını girov saxlayır. Polis şübhəlinin silahlı olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə,hava limanında gediş və enişlər ləğv edilib. Bazar günü günortadan sonra polis bildirib ki, şübhəli şəxs könüllü olaraq səlahiyyətlilərə təslim olub. Qız xəsarət-filan almayıb.

Bu arada “Bild” qəzetinin məlumatına görə, 35 yaşlı kişi hava limanında avtomobili şlaqbaumdan aşıraraq Türk Hava Yollarına məxsus təyyarənin yanında dayanaraq uçuş-enmə zolağına çıxıb. Onunla birlikdə maşında dörd yaşlı qızı da olub. Yolda şübhəli şəxs tapançadan bir neçə dəfə havaya atəş açıb. İddiaya görə, şübhəli keçmiş həyat yoldaşı ilə uşağa qəyyumluqla bağlı mübahisə edib və qızı ilə Türkiyəyə uçmasına icazə verilməsini istəyib.

Polis 3200-ə yaxın sərnişin və sərnişin qarşılayanı hava limanından təxliyə edib.

Aeroportdakıbütün uçuşlar ləğv edilib.Danışıqlardansonraşübhəli qızla maşından düşüb və təslim olub.

...Amma hava limanına girdikdən 18 saat sonra.

Nazlı

Seçilən
537
31
sia.az

10Mənbələr