AZ

“Paris-2024”: Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb

“Paris-2024”: Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı kanadalı Artur Margelidonla üz-üzə gəlib. O, qızıl xal bölümündə rəqibini ipponla məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

Finala gedən yolda H.Heydərovun rəqibi Manuel Lombardo (İtaliya) - Akil Qyakova (Kosovo) cütünün qalibi olacaq.

Mənbə: AZƏRTAC

Seçilən
69
6
ilk.az

4Mənbələr