AZ

Millimizin Slovakiya ilə matçının yeri bəlli oldu

Azərbaycan millisinin daha bir oyununun yeri müəyyənləşib.

Publika.az xəbər verir ki, komandamızın Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev matçının stadionu dəqiqləşib.

C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 14-də təşkil olunacaq IV turun görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

Seçilən
140
11
publika.az

10Mənbələr