AZ

Şərur və Şahbuz rayonlarında yanğın hadisələri baş verib

Şərur və Şahbuz rayonlarında yanğın hadisələri baş verib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz şəhərində, Şərur rayon Alışar və Şəhriyar kəndlərində quru otluq və biçilmiş taxıl sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şahbuz və Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Mənbə: AZƏRTAC

Seçilən
26
23
ilk.az

10Mənbələr