AZ

Nyu-Yorkda atışma olub, 2 nəfər ölüb

Nyu-Yorkda

Vaşınqton, 30 iyul, AZƏRTAC

ABŞ-ın Nyu-York ştatının Roçester şəhərində kütləvi atışma baş verib.

AZƏRTAC-ın məlumatına görə, hadisə nəticəsində 2 qadın ölüb, 5 nəfər yaralanıb. İnsident yüzlərlə insanın tədbir üçün toplaşdığı Meyplvud Parkında baş verib. Atəşin neçə nəfər tərəfindən açıldığı aydınlaşdırılır.

Hadisəyə görə hələlik heç kəs cinayət məsuliyyətinə cəlb olunmayıb.

Seçilən
33
5
azertag.az

7Mənbələr