AZ

ABŞ Ukraynaya növbəti yardım paketi ayırıb

ABŞ Ukraynaya növbəti yardım paketi ayırıb

Bayden Administrasiyası Ukraynaya əlavə təhlükəsizlik yardımı paketi ayırdığını açıqlayıb.

AZƏRTAC-ın ABŞ Müdafiə Departamentinə istinadla verdiyi məlumata görə, 1,7 milyard dollar təşkil edən paket 2 hissədən ibarətdir. 200 milyon dollarlıq paketə zenit raketləri, raket artilleriya sistemləri üçün sursatlar və tank əleyhinə silahlar daxildir. 1,5 milyard dollarlıq paket isə Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (UTYT) çərçivəsində ayrılıb. Bu 2021-ci ilin avqustundan bu yana ABŞ ehtiyatlarından ayrılan 62-ci və UTYT çərçivəsində ayrılan 20-ci yardım paketidir.

Məlahət Nəcəfova

Vaşinqton

Mənbə: AZƏRTAC

Seçilən
47
3
ilk.az

5Mənbələr