AZ

Türkiyədə ağır yol qəzasında 6 nəfər yaralanıb

Türkiyənin Samsun şəhərinin Çərşənbə rayonunda 6 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cebhe.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Samsun – Ordu magistral yolunda iki avtomobil toqquşub. Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info

Seçilən
730
3
cebheinfo.az

10Mənbələr