AZ

Ərdoğanın cəsarətinə heyran qaldığı fələstinli qız İsrail əsgərləri tərəfindən saxlanıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanin zəng edərək cəsarətinə görə təbrik etdiyi “cəsur fələstinli qız” kimi tanınan Ahid ət-Təmimi İsrail əsgərləri tərəfindən saxlanılıb.  Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərinə basqınlarını davam etdirir.Ahid Tamiminin anası Nəriman Təmimi verdiyi açıqlamada İsrail qüvvələrinin Ramallahın Nebi Salih qəsəbəsindəki evlərinə basqın edərək qızını apardığını bildirib.Neriman Tamimi İsrail əsgərlərinin basqın zamanı evlərinə ziyan vurduğunu və istifadə etdikləri cib telefonlarını müsadirə etdiyini bildirib.Ahid Tamiminin atası da bir neçə gün əvvəl İsrail qüvvələri tərəfindən saxlanılıb.Qeyd edək ki, “Cəsur Fələstinli qız” kimi tanınan Ahid Tamimi 2017-ci ildə İsrail qüvvələri tərəfindən həbs edilib və 8 ay həbsdə yatıb. Prezident Ərdoğan azadlığa çıxdıqdan sonra Ahid Et-Temimi ilə də telefonla danışaraq onu cəsarətinə və döyüş əzminə görə təbrik etmişdi. Həyatında üç dəfə İsrail gülləsi ilə yaralanan və Hanzala Cəsarət Mükafatını qazanan Tamimi AA-nın fotoşəkilləri ilə dünya gündəminə düşmüşdü.   İsrailİsrailƏfsanə

Manşet.az

Seçilən
285
6
manset.az

8Mənbələr