"Çox çətin oyun oldu. Hansı komanda ilə qarşılaşdığımızı bildirdik. "Qarabağ" həddindən artıq güclü idi. Sonadək döyüşdük, lakin alınmadı".
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xavyer Munyos UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, "Qarabağ"ın böyük komanda olduğunu bildirib: "Heyətləri çox güclüdür. Əla baş məşqçiləri var. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa əsas namizdələrdəndir. Qarşıdakı oyunlar var. Ağdam təmsilçisinə uğurlar arzulayıram".
Mənbə: AZƏRTAC