AZ

Çempionlar Liqası: ”Fənərbağça” İsveçrə klubuna qalib gələrək növbəti mərhələyə adlayıb

Çempionlar Liqası: ”Fənərbağça” İsveçrə klubuna qalib gələrək növbəti mərhələyə adlayıb

Türkiyənin “Fənərbağça” komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 4:3 hesabı ilə qalib gəldiyi İsveçrənin “Luqano” komandasını doğma meydanda qəbul edib.

Qarşılaşma "sarı-lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Joze Mourinyonun komandası növbəti mərhələyə vəsiqəni təmin edib.

"Fənərbağça" III raundda Fransanın “Lill” kollektivi ilə üz-üzə gələcək.

Mənbə: AZƏRTAC

Seçilən
81
8
ilk.az

9Mənbələr