AZ

"Paris-2024": Azərbaycan triatlonçusunun iştirak edəcəyi yarış yenidən təxirə salınıb

Paris, 31 iyul, AZƏRTAC

"Paris-2024" Yay Olimpiya Oyunlarında iyulun 30-da keçirilməli olan triatlon yarışı yenidən təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb yarışın təşkil olunacağı Sena çayında çirklənmənin həddindən artıq yüksək olmasıdır.

Əslində triatlon yarışına ötən gün start verilməli idi. Amma Sena çayındakı suyun keyfiyyəti aşağı olduğundan yarış bu günə təxirə salınmışdı.

Yarışdan əvvəl suyun Dünya Triatlonunun müəyyənləşdirdiyi standartlara uyğunluğu yoxlanılacaq.

Qeyd edək ki, Azərbaycanı triatlon yarışında Rostislav Pevtsov təmsil edəcək.

Seçilən
39
2
azertag.az

3Mənbələr