AZ

Faktiki hava: Dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 15:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi əsasən, dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.


Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə və Şəmkirdə şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.


Qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Daşkəsəndə saniyədə 20-25, Goranboy 19, Naftalanda 16 metrədək güclənib.

 

Seçilən
57
36
ekologiya.az

10Mənbələr