AZ

Sülhməramlıların Qarabağda rotasiyası başa çatdı

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatır.  

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi presesi də yekunlaşıb. 
Qeyd edilib ki, sülhməramlı kontingent Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda tapşırıqların icrasını davam etdirir: “Rəsmi Bakı ilə davamlı şəkildə mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş qarşılıqlı əlaqə saxlanılır”. 

Bizim.Media
 

Seçilən
595
42
bizim.media

10Mənbələr