AZ

Quterreş: Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilib

“Hər gün qız və oğlanların öldürüldüyü və yaralandığı Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilib”.

Demokrat.az xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş İsrailin hücumları ilə bağlı etdiyi açıqlamada bildirib.

Katib verdiyi açıqlamada  hər gün  körpə qız və oğlanların ölümünü pisləyib.

O həmçinin, BMT və tərəfdaşlarının Qəzza və İordan çayının qərb sahilindəki 2,7 milyon insan üçün 1,2 milyard dollar dəyərində humanitar yardım çağırışı başlatdıqlarını açıqlayıb.

Aysu
Demokrat.az
Seçilən
328
10
demokrat.az

7Mənbələr