AZ

NAZİM ABBASOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir əmr imzalayıb

Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi Nazim Abbasov vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.

N.Abbasov təqaüd yaşı tamam olduğu üçün öz arzusu ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Nazim Abbasov peşəkar istintaqçı kimi tanınır. O, uzun illər Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi işləyib. 2019-cu ildə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi təyin edilmişdi.

Seçilən
51
46
azpolitika.info

10Mənbələr