Şəki şəhərində ümumi sahəsi 162 m² olan ikimərtəbəli, 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğının yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
***
Saat 07:43
Noyabrın 7-si gecə saatlarında Şəki şəhəri M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
APA-nın bölgə müxbiri xəbər verir ki, yanğın zamanı evin konstruksiyaları tamamilə yanıb və ev sahibi, 1954- cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış cəsədi aşkar edilib.
İlkin olaraq yanğının qaz sobasından baş verdiyi ehtimal edilir.