Bakı. Trend:
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsininəməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, digərhərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərin müəyyənedilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədiləprofilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regionalqrupundan Trend-əverilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təminedilməsi məqsədilə polis əməkdaşları tərəfindən həyata keçiriləntədbirlər nəticəsində avtomobillərində konstruksiya dəyişikliyinəyol verən, sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə sükanarxasına əyləşən, dövlət qeydiyyat nişanı yerində olmayan,nəqliyyat vasitələrinə kustar üsulla hazırlanmış pərdələrquraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən,avtoxuliqanlıq edən və digər qayda pozuntuları törədən intizamsızsürücülər aşkar olunub. Onların avtomobilləri müvəqqəti duracağayerləşdirilib və barələrində qanunvericiliyə uyğun müvafiqtədbirlər görülüb.
Bildirilib ki, baş verə biləcək yol-nəqliyyat hadisələrininqarşısının alınması və sürücülərin maarifləndirilməsi məqsədilə yolpolisi əməkdaşları tərəfindən profilaktiki tədbirlər davametdiriləcək.