AZ

Əliyar Ağayev Avropa Liqasına təyinat alıb

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Ə.Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail) qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.
Avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Seçilən
81
37
affa.az

10Mənbələr