AZ

İsrail Baş Qərargah rəisi: Yaxın Şərqin digər ərazilərində də əməliyyatlara hazırıq

“Yaxın Şərqin digər ərazilərində də əməliyyatlara hazırıq”.

“İki sahil” “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Hertsi Halevi deyib.

Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu döyüş təyyarələri sayəsində Yaxın Şərqin istənilən yerinə çata bilir.

H.Halevi bildirib ki, İsrail Müdafiə Ordusu HƏMAS qüvvələrinə, o cümlədən komandirlərə ağır zərbələr endirir.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.

Seçilən
490
6
ikisahil.az

6Mənbələr