AZ

Gürcüstanda kök hüceyrə donorlarının reyestri yaradılacaq

Gürcüstanda kök hüceyrə donorlarının reyestri yaradılacaq

Gürcüstanda kök hüceyrə donorlarının reyestri yaradılacaq. Kök hüceyrə donorlarının reyestrinin bir hissəsini ilkin mərhələdə Tbilisi meriyası maliyyələşdirəcək.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisinin meri Kaxa Kaladze məlumat verib. Onun sözlərinə görə, donor reyestrinin yaradılması zərurəti Gürcüstanda yeni orqan donorluğu qaydalarının tətbiqindən sonra yaranıb.

“Gürcüstanda kök hüceyrə reyestrinin yaradılması üçün könüllü donorların məlumat bazasına ehtiyac yaranır və bunun üçün xüsusilə insan leykositlərinin sümük iliyindəki antigenin, hepatit C və B-nin müəyyən edilməsinə ehtiyac var”, - deyə Kaladze vurğulayıb.

Mer bildirib ki, kök hüceyrə donorlarının reyestrinin yaradılması əlaqəsiz sümük iliyi transplantasiyasını asanlaşdıracaq. Bu, xəstə və onun ailəsi üçün mühüm amildir, çünki bu, onların maddi və emosional yükünü müəyyən qədər yüngülləşdirəcək.

Qeyd olunub ki, donor reyestri Ümumdünya İlik Donor Təşkilatı ilə əməkdaşlıq çərçivəsində yaradılır.

Tbilisi

Mənbə: AZƏRTAC

Seçilən
43
1
ilk.az

2Mənbələr