Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb. Komanda Slovakiyada yerli “Dunayska Streda” kollektivinin qonağı olub.
“DAC Arena”da keçirilən görüşdə "Zirə" 2:1 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində qolları 25-ci dəqiqədə Rafael Utziq, 57-ci dəqiqədə isə penaltidən Qismət Alıyev vurub. Bakıdakı ilk matçda da rəqibini 4:0 hesabı ilə məğlub edən "Zirə" III təsnifat mərhələsinə yüksəlib. “Zirə”nin növbəti raunddakı rəqibi “Osiyek” (Xorvatiya) olacaq. Azərbaycan komandası ilk matçını səfərdə keçirəcək. III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də baş tutacaq.