Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 1 fevral 2025-ci ilədək fəaliyyətini dayandırıb.
Prosport,Az xəbər verir ki, bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə Azərbaycan Kuboku və Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.
Qeyd edək ki, AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var. AFFA ötən mövsümlərdə olduğu kimi, Premyer Liqanın və Azərbaycan Kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta