AZ

İsrail-Fələstin münaqişəsində mövcud vəziyyətin qısa zamanda bitməsi gözlənilmir - Rufiz Hafizoğlu (VİDEO)

Bakı. Trend:

İsrail-Fələstin münaqişəsində mövcud vəziyyət getdikcə uzanacaqvə İsrail quru əməliyyatlarını düşündüyü kimi, uğurla həyata keçirəbilməyəcək, bunun üçün müxtəlif maneələr var ki, bunlardan ənbaşlıcası tunellərin olmasıdır.

Trend xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktorununmüavini, "Türk Dünyası" (Turkic.World) media platformasınınrəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB-24-ə açıqlamasındadeyib.

"Əslində, HƏMAS-ın istəklərindən biri odur ki, İsrail ordusutanklarla quru əməliyyatlarına başlasın. Hətta açıq şəkildə HƏMAStəhdid edir ki, İsrail ordusunun Qəzzaya daxil olması, quruəməliyyatlarına başlaması onlar üçün bir “cəhənnəm” olacaq.HƏMAS-ın söylədiklərində müəyyən qədər həqiqət var. Çünki birtərəfdə bölgəyə tam hakim olan HƏMAS var, digər tərəfdə isə bölgənitam bilməyən, ümumiyyətlə, mövcud tunelləri tanımayan bir İsrailordusu var",- deyə o, bildirib.

Siyasi şərhçi əlavə edib ki, mövcud tunellər yalnız silahdaşınması üçün deyil, eyni zamanda infrastrukturun olması üçündür.Yəni tunellərdən sadəcə, hərbi yox, mülki məqsədlər üçün dəistifadə olunur. Zamanında Misir Rəfah sərhəd-keçid məntəqəsinibağlayanda bu tunellər vasitəsilə Qəzzaya Misirdən qaçaq yol iləhumanitar yardım daşınırdı.

"Nəticə etibarilə, İsrail ordusu Qəzzada həyata keçirdiyi quruəməliyyatlarında gözlədiyi uğuru əldə edə bilməyəcək. Hər nə qədərki, İsrail ordusu güclüdür, amma buna baxmayaraq, HƏMAS çoxhazırlıqlıdır",- deyə Rufiz Hafizoğlu qeyd edib.

Ekspert İsrailin Qəzzanı atom silahı ilə vuracağı məsələsinə dəaydınlıq gətirərək bildirib ki, bu sadəcə bir təhdiddir. Sahəsi 365kvadrat kilometr olan Qəzzanı İsrail hansı atom silahı ilə vuracaq.Hansı ki, İsrail buna cəhd etsə, ilk növbədə özünü məhv edəcək.

Eyni zamanda, Rufiz Hafizoğlu, Türkiyə XİN rəhbəri Hakan FidanlaEntoni Blinkenin görüşü mövzusuna da toxunub.

"Hakan Fidan görüşdən sonrakı çıxışında İsrail-Fələstinmünaqişəsinin dayandırılması üçün birbaşa ABŞ-a müraciət edib vəmüharibənin dayandırılmasını vurğulayıb. Bu müraciət əslində,İsrail-Fələstin münaqişəsində BMT-nin yox, ABŞ-ın böyük təsirinigöstərən bir mesajdır",- deyə Hafizoğlu vurğulayıb.

Seçilən
409
2
az.trend.az

3Mənbələr