AZ

İordaniya şahzadəsinin övladı dünyaya gəlib

İordaniya şahzadəsinin övladı dünyaya gəlib

İordaniya vəliəhdi şahzadə Hüseyn və Racva Əl Saif ilk dəfə valideyn olub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “The National” məlumat yayıb. Cütlüyün İman adlı qızı dünyaya gəlib.

“Allah onu valideynlərinin göz bəbəyi eləsin”, - ailə nümayəndələrinin açıqlamasında deyilir.

Cütlük 2023-cü il iyunun 1-də Əmmanda, şahzadənin valideynləri Kraliça Raniya və İordaniya Kralı II Abdullahın 1993-cü ildə evləndiyi Zəhran sarayında ənənəvi İslam mərasimində evlənib.

Mənbə: AZƏRTAC

Seçilən
67
3
ilk.az

4Mənbələr