İtaliyanın Toskana bölgəsində noyabrın 2-də baş verən daşqın nəticəsində ölənlərin sayı 8-ə yüksəlib. SİA xəbər verir ki, bu haqda İtaliyanın ANSA agentliyi məlumat yayıb.
Toskana Regional Hökumətinin sədri Eugenio Giani, qismən hesablamalara görə, bölgələrində daşqının vurduğu zərərin təxminən 500 milyon avro olduğunu açıqlayıb.
Xüsusilə Bisenzio çayının daşması səbəbindən bölgədə bir çox kənd təsərrüfatı sahələri su altında qalıb.
Həmçinin, ölkənin şimal və mərkəzi rayonlarında yağış və güclü külək ola biləcəyi ilə bağlı növbəti xəbərdarlıq edib.