AZ

"Atletiko" Avropa çempionunu heyətinə qatmaq istəyir

İspaniyanın "Atletiko" klubu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"dən Aymerik Laportu transfer etmək istəyir.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı ispaniyalı futbolçu La Liqaya qayıtmaq niyyətindədir.Bildirilib ki, müdafiəçi hətta az maaş qarşılığında da həmin çempionatda oynamağa hazırdır.A.Laport ötən mövsüm Səudiyyə Ərəbistanı klubunun heyətində meydana çıxdığı 40 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya millisi ilə AVRO-2024-də çempion olub.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
13
7
missiya.az

8Mənbələr