AZ

BMT-nin qarşısında bilbordda Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib

ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahının qarşısında mobil bilbordda Azərbaycanın Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib.Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə paylaşım edib.LED lövhələrdə ingilis dilində “8 Noyabr – Azərbaycanın Zəfər Günü” sözləri həkk olunub, eyni zamanda İkinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinin rəmzi olan xarıbülbül göstərilib.Gununsesi.info

Seçilən
148
50
gununsesi.info

10Mənbələr