Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxıb.
Komanda Bakıda Bolqarıstanın “Ludoqorets” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionunun heyətində qolu 65-ci dəqiqədə Juninyo Olavio vurub. Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da keçiriləcək.