AZ

Sinir: "Gələn həftə bəxtimiz gətirəcək və daha çox qol vuracağıq"

“Hələ heç nə bitməyib”.

Sportnet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdulla Zubir UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində doğma meydanda Bolqarıstanın “Ludaqorets” klubuna 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, pley-off mərhələsinə vəsiqə qazanacaqlarına inandığını bildirib: “Təəssüf ki, Bakıda məğlub olduq. Bu, futboldur, istənilən nəticə ola bilər. Bununla razılaşmalıyıq. Gələn həftə bəxtimiz gətirəcək və daha çox qol vuracağıq”.

Yarımmüdafiəçi hakim idarəçiliyindən razı qalmadığını söyləyib: “Bəzi epizodlarda bizə daha çox sarı vərəqə göstərilirdi. Ancaq bu barədə danışmaq istəmirəm. Bütün fikrimizi cavab matçına kökləmişik”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.


Seçilən
29
4
sportnet.az

9Mənbələr