Cəlilabad rayonunda torpaq mübahisəsi ilə bağlı 4 nəfər döyülüb.
Publika.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.
Belə ki, iki ailənin üzvləri arasında torpaq üstündə yaranan mübahisə daha sonra tərəflər arasında baş verən davaya çevrilib. Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb.