Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 10 812 nəfərə çatıb.Bu barədə "Əl-Cəzirə" telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.Qurbanlar arasında azı 4 412 uşaq var.Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin növbəti mərhələsi oktyabrın 7-də səhər tezdən Qəzza zolağından İsrail ərazisinə raket hücumundan sonra baş verib. İsrail ordusu cavab olaraq “müharibə vəziyyəti” elan edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta