AZ

"Zirə" "Osiyek"lə heç-heçə etdi, "Sabah" "Sent Patriks"ə uduzdu - YENİLƏNİB

Bu gün "Zirə" və "Sabah" klubları Konfrans Liqasında növbəti görüşünə çıxacaq. 

Sportal.az xəbər verir ki, "Zirə" Xorvatiyada meydana çıxacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi "Osiyek"in qonağı olacaq. Komandalar arasında cavab görüşü avqustun 15-də keçiriləcək.

"Sabah" isə III təsnifat mərhələsinin ilk matçında “Sent-Patriks”lə üz-üzə gələcək. İrlandiyada keçiriləcək görüşə saat 22:45-də start veriləcək. Komandalar arasındakı cavab görüşü avqustun 15-də Bakıda keçiriləcək.

Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

8 avqust

22:00 "Osiyek" (Xorvatiya) – "Zirə" 1:1

Qollar: Anton Matkoviç, 38 - Rafael Utsiq, 90+5 (pen)

Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)

22:45 "Sent Patriks" (İrlandiya) – "Sabah" 1:0

Qol: Romal Palmer, 35

Baş hakim: Vilhyalmur Torarinsson (İslandiya)

Seçilən
341
6
sportal.az

10Mənbələr