Xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar müalicə üçün Türkiyəyə aparılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Qoca məlumat verib.
“Biz İsrailin səhiyyə naziri ilə müalicəsini başa çatdıra bilməyən xərçəng xəstələrinin Qəzzadan Türkiyəyə gətiriləcəyi barəsində razılaşdıq. Onları yaxın vaxtlarda gətirəcəyik”, – deyə o bildirib.
Türkiyəli nazir Türkiyəyə gətiriləcək xəstələrin sayını açıqlamayıb.