AZ

Konfrans Liqası: Təmsilçilərimiz səfər oyununu keçiriblər

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Zirə” və “Sabah” bu gün III təsnifat mərhələsində ilk oyunlarına çıxıblar. Hər iki komanda rəqibi ilə səfərdə üz-üzə gəlib.
“Zirə” Xorvatiyada “Osiyek”lə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib. Azərbaycan çempionatının gümüş mükafatçısının qolunu 90+6-cı dəqiqədə penaltidən Rafael Utziq vurub.
“Sabah” isə Dublində İrlandiyanın “Sent Patriks” kollektivi ilə görüşüb. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, təmsilçilərimiz cavab oyunlarını avqustun 15-də evdə keçirəcəklər.
Seçilən
247
affa.az

1Mənbələr