AZ

Krunoslav Renduliç: "Hələ heçnə həll olunmayıb"

Sport24.az xəbər verir ki, bu sözlər "Sabah"ın baş məşqçisi Krunoslav Renduliçə məxsusdur.
 
O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiya klubu "Sent Patriks Atletik"ə qarşı ilk matçdan sonra mətbuat konfransında bu fikirləri səsləndirib:
 
"Rəqibi təbrik edirəm. İlk 10-12 dəqiqə ərzində demək olar topa nəzarət tamamilə bizim tərəfimizdə idi. İkinci hissə başladıqdan sonra azlıqda qaldıq. Bütün bunlara baxmayaraq nəticə bizim üçün yaxşıdır. Sadəcə, ilk 90 dəqiqəni uduzmuşuq. Hələ heç nə həll olunmayıb".
 
Qeyd edək ki, Dublində keçirilən "Sent Patriks Atletik" - "Sabah" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab qarşılaşması avqustun 15-də Masazırda baş tutacaq.

Seçilən
12
3
sport24.az

4Mənbələr