İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Növbəti belə tədbir avqustun 9-da baş tutub. Nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibb heyəti tərəfindən Laçın şəhərində sakinlərin müayinələri aparılıb.
Bundan əlavə, posttravmatik reabilitasiya proqramlarının tətbiqi ilə vətəndaşların funksional imkanlarının bərpa olunması və həyat keyfiyyətinin artırılması, əhalinin travmatoloji zədələrdən qorunması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və gələcəkdə belə problemlərin qarşısının alınması məqsədini daşıyır.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim və fizioterapevtləri tədbir iştirakçılarına sağlamlıqlarının tez və effektiv şəkildə bərpasına nail olmaq üçün öz tövsiyələrini veriblər.
Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta